"Neftçi" və "Səbail" komandaları oyuna pankartla çıxıblar

"Neftçi" və "Səbail" komandaları Azərbaycan Premyer Liqasının XII tur oyununa birgə pankartla çıxıblar.

"Report"un məlumatına görə, pankart üzərində "qadınlara qarşı zorakılığa son deyirik" yazılıb.

Həmçinin, "ağ-qaralar"ın oyunçuları qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş "16 günlük fəallıq" kampaniyasına görə narıncı forma geyiniblər.

Matçı dövlət rəsmiləri, müxtəlif ölkələrin fövqəladə və səlahiyyətli səfirləri tribunadan izləyir.

Qeyd edək ki, "Bakcell Arena"dakı görüşdə ilk hissə oynanılır və hesab açılmayıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Nuri Sərinləndirici HƏYAT YOLDAŞI İLƏ - FOTO

SONRAKI XƏBƏR

“Sərhədlə bağlı vəziyyət gələcək nəsilləri dövləti gücləndirmək imkanından məhrum edəcək” - Voskanyan