İdmançımız pauerliftinq idman növü üzrə bürünc medal qazanıb

Azərbaycan Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə milli komandasının üzvü Zəhra Dadaşova Gürcüstanın Tbilisi şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.

"Report" bu barədə Komitəyə istinadən xəbər verir.

Qeyd edək ki, Z.Dadaşova gənclər arasında keçirilən yarışda iştirak edib.

O, pauerliftinq idman növü üzrə dünya çempionatında 52 kq ağırlıq qaldıraraq 3-cü yerə sahib olub.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ramanıda axan qardaş qanı: yoxsulluq, səfalət, işsizlik və narkotik... “ELMİN ONA DEYİRDİ Kİ, ANAMIZ YAZIQDIR, ZÜLMLƏ PUL QAZANIR, APARIB İYNƏYƏ VERİRSƏN...”

SONRAKI XƏBƏR

Əvəz Həsənov dəfn edilidi - FOTO