Üzgüçülük idman növü üzrə Azərbaycan çempionatı davam edir

Bakı, 27 noyabr, AZƏRTAC

Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Su İdmanı Sarayının birgə təşkilatçılığı ilə üzgüçülük idman növü üzrə Azərbaycan çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, çempionatın ikinci günündə Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, Üzgüçülük Federasiyasının vise-prezidenti Elçin Həsənov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov iki gün davam edən çempionatın qaliblərini diplom, medal və hədiyyələr ilə təltif ediblər.

Yarışa 150 FİNA xalı toplayan və hər yaş qrupunda idmançılar qatılıblar. Ümumilikdə 130 nəfərə yaxın idmançı 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə bras, baterflay, krol, arxası üstə, sərbəst və qarışıq üsullarda güclərini sınayırlar.

Artıq ənənə halını almış bu yarışın əsas məqsədi Azərbaycanda üzgüçülüyün inkişafı və kütləviliyə dəstəkdir.

Nəticələrə əsasən, idmançıların seleksiyası, yığma və rezerv komadaların tərkibi müəyyən olunacaq, həmçinin qarşıda gələn dünya və digər beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək idmançılar təyin olunacaq.

 

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Erməni hərbi ekspert: “O görünən gecikmə ilə əslində addım-addım növbəti təhvilə yaxınlaşır”

SONRAKI XƏBƏR

Tibb bacısı yanlışlıqla 6 doza vaksin vurdu