Braziliyalı hücumçu final matçında qeyri-adi simulyasiyaya əl atıb

Braziliyanın "Palmeyras" klubunun futbolçusu Deyversen "Flamenqo"ya 2:1 hesabı ilə qalib gəldikləri Libertadores Kubokunun final oyununda etdiyi hərəkətlər diqqət mərkəzinə düşüb.

"Report"un məlumatına görə, 30 yaşlı hücumçu sözügedən qarşılaşmada qeyri-adi simulyasiyaya əl atıb. Təcrübəli forvard görüşün baş hakiminin yüngül toxunuşundan sonra yerə yıxılaraq vaxt aparmağa çalışıb.

Qeyd edək ki, Deyverson matçın əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə fərqlənərək komandasına Libertadores Kubokunu qazandırıb. O, daha sonra qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Oksana Şəhriyarla evli olduğunu BU SƏBƏBDƏN GİZLƏDİB - AÇIQLADI

SONRAKI XƏBƏR

Sərhədlər müəyyənləşir - Hansı xəritələr əsas olacaq?