Premyer Liqa matçı qara görə təxirə salınıb

İngiltərə Premyer Liqasının XIII turunun "Börnli" - "Tottenhem" oyunu təxirə salınıb.

"Report" London klubunun rəsmi saytına istinadən xəbər verir ki, buna qeyri-sabit hava şəraiti səbəb olub. Qarşılaşma güclü qara görə baş tutmayıb.

Qeyd edək ki, bu gün keçirilməli olan görüş Bakı vaxtı ilə saat 18:00-da başlamalı idi.

Report.az

ƏVVƏLKİ XƏBƏR

“Sizin kişiliyinizə tüpürüm...” - Kərim əsəbiləşdi

SONRAKI XƏBƏR

"Sən mənim bu həyatda sonsuz sevgimsən..." - Gülay