Neymar qorxunc zədə aldı - Şəkil

Neymar qorxunc zədə aldı - Şəkil

PSJ-nin futbolçusu Neymar zədələnib.

Qol.az xəbər verir ki, braziliyalı hücumçu Fransa çempionatının 15-ci turunda bu gün “Sent Etyen”lə keçirilən görüşdə xəsarət alıb.

Görüşün 84-cü dəqiqəsində rəqib futbolçusu İvann Mason Neymara qarşı kobud oynayıb. Topuğu bükülən Neymar yıxılaraq yerdə alıb. Həkimlərin bir neçə dəqiqə tibbi yardımından sonra futbolçu meydanı xərəkdə tərk edib. Onun ayağı qırıldığı ehtimal olunur. Hücumçunun durumu tibbi müayinədən sonra açıqlanacaq.

Mənbə: qol.az