Krivotsyuklu “Visla”dan çətin qələbə

Futbol üzrə Polşa çempionatında 16-cı turun oyunları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda "Krakoviya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin müdafiəçisi 46-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

"Visla" 16 turdan sonra 23 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə ECMO-ya qoşulan COVID xəstəsi uşaq dünyaya gətirdi – VİDEO

SONRAKI XƏBƏR

“Baykar” mühəndisləri “ovlanır” – Ekspertdən şok iddia