Qurban Qurbanov: "Komandamda bir az yorğunluq gördüm" + VİDEO

Qurban Qurbanov: "Komandamda bir az yorğunluq gördüm" + VİDEO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 12-ci turunda “Qəbələ” ilə qolsuz bərabərə qaldıqları oyunu şərh edib.

Qol.az xəbər verir ki, o, yaxşı komandaya qarşı oynadıqlarını deyib:

"Bu il tam fərqli “Qəbələ” izləmişik. “Qəbələ” bu gün göstərdi ki, liderlər sırasında yer almağa layiqlidir. Çox istəkli idilər. Komandamda bir az yorğunluq gördüm, bunu da gözləyirdim. Həm axırıncı matçdan, həm də, ümumiyyətlə, builki oyun təqvimindən sonra futbolçular istər-istəməz yorğunluğu hiss etməlidirlər. Amma yenə də sona kimi yaxşı mübarizə apardılar, güclərini meydanda qoya bildilər. İstənilən halda 1 xal qazandıq. Uzun yol qət edib bura gələn azarkeşlərimizin də hər birinə təşəkkür edirəm”.

 

Mənbə: qol.az