"Yuventus" klubu B Seriyasına göndərilə bilər

Maliyyə pozuntularına yol verməkdə ittiham olunan İtaliyanın "Yuventus" klubu ciddi sanksiyalarla üzləşə bilər.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Turin təmsilçisinin günahı sübuta yetirilsə, komandanın 2019/2020 mövsümündə qazandığı çempionluğu əlindən alınacaq.

Bundan başqa, "qoca sinyora"nın B Seriyasına göndərilmək təhlükəsi də var.

Qeyd edək ki, "Yuventus" rəhbərliyi 50 milyon avro məbləğində çirkli pulun yuyulmasında ittiham olunur. Turin polisi istintaqa lazım olan sənədləri toplamaq klubun baş ofisində axtarış aparıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

“Elə sevinirdim ki, elə bil gedib orada atamı sağ görəcəyəm” - Allahverdi Bağırovun qızı+Video

SONRAKI XƏBƏR

Dinara Əliyeva Plasido Dominqo ilə birlikdə çıxış edib - VİDEO