"Qarabağ" Antalyada bu komanda ilə qarşılaşacaq

"Qarabağ"ın qış təlim-məşq toplanışı üçün hazırlıq planı müəyyənləşib.

Bu barədə Qol.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. O deyib ki, komanda gələn il 12-26 yanvar tarixlərinə qədər Antalyanın Bələk bölgəsində təlim-məşq toplanışına olacaq. Klub rəsmisi "Qarabağ"ın üç yoxlama oyunu keçirməyi planlaşdırdığını bildirib:

"Hələlik oyun günləri və rəqiblərin tam siyahısı dəqiqləşməyib. Rəqiblərdən yalnlz biri bəllidir. Bu, Polşa "Slask"ıdır. Digər rəqiblərlə sınaq matçı razılaşdırıldıqdan sonra onların adlarını da açıqlayacağıq".

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Yeniyetmələri intihara aparan səbəblər hansılardır? - Psixoloq AÇIQLADI

SONRAKI XƏBƏR

İranlı deputat: “Azərbaycan və Türkiyə ilə əlaqələr...“