"Qarabağ" və "Neftçi"nin qış toplanışı üçün hazırlıq planı bəlli olub

"Qarabağ" və "Neftçi"nin qış toplanışı üçün hazırlıq planı bəlli olub

"Neftçi" klubunun qış təlim-məşq toplanışı üçün planı bəlli olub.

Bu barədə "Report"a paytaxt təmsilçisinin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, "ağ-qaralar" 10 - 25 yanvarda Türkiyənin Antalya şəhərində hazırlıq prosesi keçməyi planlaşdırır. Son ölkə çempionu burada 3 yoxlama matçı oynayacaq. Lakin hələkik rəqiblər bəlli deyil.

"Qarabağ" da toplanış üçün Antalyanı seçib. Ağdam klubunun Mətbuat Xidmətindən "Report"a bildirilib ki, "köhlən atlar" 12 - 26 yanvarda 3 yoxlama görüşü keçirmək istəyir.

Rəqiblərdən biri Polşa "Şlyonsk"udursa, digərləri hələlik dəqiqləşməyib.

Mənbə: report.az