Poqba qalır, ya gedir?

Poqba qalır, ya gedir?

“Mançester Yunayted”in futbolçusu Pol Poqbanın klubdakı taleyi qeyri-müəyyən olaraq qalır.

Qol.az “The Atletic”ə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “qırmızı şeytanlar”da qalacağı və ya klubunu dəyişəcəyi barədə dəqiq qərar verməyib. Lakin o, “Mançester Yunayted”in yeni çalışdırıcısı Ralf Raqnikdən özü haqda tərliflər eşitdiyi üçün 63 yaşlı mütəxəssisin baş məşqçiliyi altında oynamaqda da maraqlıdır.

Daha əvvəl Poqbanın “Mançester Yunayted” ilə müqaviləni yeniləmək niyyətində olduğu bildirilmişdi. Klub fransalı oyunçuya sözəşmə təklif edib. Lakin hələlik razılaşma əldə olunmayıb.

Qeyd edək ki, “Real” Poqbanı heyətinə qatmaq istəsə də, daha sonra bu fikirdən imtina edib.

Mənbə: qol.az