Fərid Qayıbovun əcnəbi müavinin qızı ilə səmimi görüntüsü - FOTO

Gənclər və idman naziri Fərid Qayıbovun sosial şəbəkələrdə əcnəbi müavinin qızı Siyana Vasilevayla görüntüləri yayılıb.

Pravda.az xəbər verir ki, hər iki şəxsin yer aldığı fotolarda əsas diqqətçəkən məqam onların səmimi olmalarıdır.

Qeyd edək ki, Siyana Vasileva Gənclər və idman nazirinin yeni müavini xanım Marina Vasilevayanın qızıdır. Gənc gimnastın anası ölkəmizə 2009-cu ildə gəlib və həmin ildən yığmamızın çalışdırıcısı olaraq fəaliyyət göstərib. Siyana isə 2011-ci ildən milli komandaya çağırılıb və ilk ciddi uğuruna 2011-ci ildə Minskdə keçirilən Avropa Çempionatında gənclərdən ibarət komandanın tərkibində birinci yeri tutmaqla qazanıb. Bundan başqa gənc bədii gimnast Azərbaycanı bir sıra beynəlxalq yarışlarda da təmsil edib.

 

Pravda.az

ƏVVƏLKİ XƏBƏR

"Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilməsində saxtakarlıqlar var" - Elçin Əfəndi

SONRAKI XƏBƏR

Azərbaycan postunun bir addımlığında yaşayan ermənilərin növbəti VAY-ŞİVƏNLİYİ