Çində Qış Olimpiya Oyunları vaxtında keçiriləcək

"Dünyada koronavirusun “Omikron” növünün yayılmasına baxmayaraq, Çin indiyədək tərtib olunmuş cədvələ əsasən Qış Olimpiya Oyunlarını keçirəcək".

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lician ənənəvi brifinqdə bildirib.

“Virusu nəzarətdə saxlamaq üçün göstərdiyimiz səylərin mütləq çətinliklərlə üzləşəcəyi qənaətindəyəm. Amma Çin koronavirusu qabaqlamaq və nəzarətdə saxlamaqla bağlı təcrübəli olduğu üçün rəsmi Pekinin Qış Olimpiya Oyunlarına nəzərdə tutulan vaxtda, rahatlıqla və uğurlu şəkildə ev sahibliy edə biləcəyinə tam əminəm”, – XİN rəsmisi deyib.

Xatırladaq ki, 2022-ci ilin Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək Pekində keçiriləcək.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Dünyada koronavirusa yoluxma hallarının təsdiqlənmiş sayı 260 milyondan çoxdur

SONRAKI XƏBƏR

Parisdə hətta küçədə maska ​​taxmaq yenidən məcburi oldu