FIDE reytinqi: Məmmədyarov ilk "onluğ"a qayıdıb, Rəcəbov geriləyib

FIDE reytinqi: Məmmədyarov ilk "onluğ"a qayıdıb, Rəcəbov geriləyib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

"Report" FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb.

Xallarını 2 765-ə çatdıran Şəhriyar Məmmədyarov 2 pilləlik irəliləyişlə 9-cu sıraya yüksəlib. 2 753 xalı olan Teymur Rəcəbov isə 1 pillə də geriləyərək, 14-ci sırada qərarlaşıb.

Mənbə: report.az