Parkinson xəstəliyindən əziyyət çəkən veteran futbolçu vəfat edib

Parkinson xəstəliyindən əziyyət çəkən veteran futbolçu vəfat edib

İngiltərə millisinin, "Arsenal" və "Liverpul" klublarının sabiq futbolçusu Rey Kennedi dünyasını dəyişib.

"Report"un Mersisayd təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 71 yaşında vəfat edən veteran yarımmüdafiəçi uzun müddətdir Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, 1976 - 1980-ci illərdə yığmanın şərəfini qorumuş 18 oyunda 3 qol vurub. O, "Liverpul"un heyətində 3 dəfə (1977, 1978, 1981) Avropa Çempionlar Kubokunu, həmçinin UEFA Kuboku (1976) və Superkubokunu (1977) qazanıb.

Mənbə: report.az