"Qalatasaray"ın sabiq qapıçısı Yurgen Kloppun köməkçisi təyin olunub

"Qalatasaray"ın sabiq qapıçısı Yurgen Kloppun köməkçisi təyin olunub

Braziliya millisinin və Türkiyə "Qalatasaray"ının sabiq qapıçısı Klaudio Taffarel İngiltərənin "Liverpul" klubunda çalışacaq.

"Report" "The Atletic"ə istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis Mersisayd klubunun baş məşqçisi Yurgen Kloppun köməkçilərindən biri olacaq.

Veteran qolkiper Con Axterberqlə birlikdə Premyer Liqa təmsilçisində qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, 1998 - 2001-ci illərdə "Qalatasaray"ın formasını geyinmiş Taffarel İstanbul klubu ilə UEFA Kuboku və Superkubokunu qazanıb. O, müxtəlif vaxtlarda bu komandada məşqçi kimi də fəaliyyət göstərib.

Mənbə: report.az