Lineker: “Messi haqlıdır, “Qızıl top”u Levandovskiyə təqdim edin”

Lineker: “Messi haqlıdır, “Qızıl top”u Levandovskiyə təqdim edin”

İngiltərə millisinin keçmiş hücumçusu Hari Lineker PSJ-nin hücumçusu Lionel Messinin “Bayern”in hücumçusu Robert Levandovskiyə aid müraciətinə münasibət bildirib.

“Messi ilə razıyam, haqlıdır. Mükafatı Levandovskiyə təqdim edin. Bu çox sadə və düzgündür”, - deyə H.Lineker bildirib.

Xatırladaq ki, Messi ötən gecə karyerası ərzində yeddinci “Qızıl top”u qazanıb. Messi çıxışında Levandovskinin 2020-ci ildə daha güclü olduğunu, lakin mükafatsız qaldığını bildirərək, təşkilatçıları ədaləti bərpa etməyə çağırıb.

Mənbə: Sports.ru

Mənbə: www.oxu.az