Azərbaycan millisinin hücumçusu Ukraynada ayın futbolçusu adına namizəd olub

Azərbaycan millisinin hücumçusu Ukraynada ayın futbolçusu adına namizəd olub

Ukraynanın "Kolos" klubunda noyabrın ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

"Report" Kovalivka təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 6 nəfərlik siyahıda Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyev də yer alıb.

Qalib azarkeşlər arasında keçirilən səsvermənin nəticələrinə əsasən müəyyənləşəcək.

Qeyd edək ki, "Kolos"a cari mövsümün əvvəlində keçən Nuriyev 6 gün öncə səfərdə "Minay"la 1:1 hesablı heç-heçə etdikləri Ukrayna Premyer Liqasının III turundan təxirə salınmış oyunda cərimə zərbəsindən baxımlı qola imza atıb.

Mənbə: report.az