"Barselona"nın hücumçu planı

"Barselona"nın hücumçu planı

“Barselona” heyətinə yeni futbolçu qatmağı planlaşdırır.

Qol.az xəbər verir ki, Kataloniya klubu “Zalsburq”un Kərim Adeyemini transfer etmək qərarına gəlib. İspaniya klubu artıq hücumçu ilə bağlı təklif göndərib. Barselonalılar Adeyemini qışda heyətinə qatmağı planlaşdırır. Klub rəhbərliyi “Zalsburq”a 40 milyon avro təklif edib.

Qeyd edək ki, Adeyemi bu mövsümün 15 oyununda 11 qol vurub.

Mənbə: qol.az