A seriyası: “İnter”dən qələbə, “Roma” “Boloniya” ilə bacarmadı - VİDEO

A seriyası: “İnter”dən qələbə, “Roma” “Boloniya” ilə bacarmadı - VİDEO

İtaliya A seriyasının XV turu çərçivəsində növbəti görüşlər keçirilib.

Oxu.Az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “İnter” doğma meydanda “Spezia”nı qəbul edib. Matç Milan klubunun qələbəsilə başa çatıb – 2:0.

Turnirin yuxarı pillələrində qərarlaşan daha bir kollektiv “Roma” səfərdə “Boloniya” ilə bacarmayıb. Joze Mourinyonun yetirmələri bu dəfə də meydanı başı aşağı tərk ediblər – 1:0. Lakin məğlubiyyətə baxmayaraq, paytaxt komandası turnir cədvəlindəki 5-ci yerini qoruyub.

A seriyası

XV TUR

“Boloniya” – “Roma” 1:0

“İnter” – “Spezia” 2:0

Mənbə: www.oxu.az