"Real"a getməkdənsə ölməyi üstün tuturam"

"Real"a getməkdənsə ölməyi üstün tuturam"

"Barselona"nın yeirməsi olan və əsas komandada kapitanlığa qədər yüksələn Gerard Pike İspaniya mətbuatına danışıb.

Qaynarinfo xəbər verir ki, kataloniyalı futbolçu keçmiş komanda yoldaşı və yeni baş məşqçisi Xavi, o cümlədən "Real"la bağlı iddialara münasibətini bildirib.

Təcrübəli müdafiəçi deyib: "Hər bir məşqçi kimi Xavinin də qaydaları var. O, sörfinq və ya elektrik velosipedləri haqqında heç nə demədi. Buna icazə verilib-verilmədiyini bilmirəm. Amma Xavi zəruri olan bəzi qaydalar qoyub və biz onlara əməl edəcəyik".

Pike 7-ci dəfə "Qızıl top"u qazanan keçmiş komanda yoldaşı Lionel Messi haqqında da danışıb: "Messi Qızıl Topu qazanmaqla tarixin ən yaxşısı olduğunu sübut etdi. Çox çətin gün idi. Biz 16 il komanda yoldaşı olmuşuyq. Demək olar, qardaşım kimi idi. Şəxsən mənim üçün çətin oldu. Bu mövsüm bizim üçün işlər yaxşı başlamadı, çünki tarixin ən böyük oyunçusunu itirdik. O, dünən gecə "Qızıl top"u qazanmaqla sübut etdi ki, tarixin ən böyük futboçusudur”.

AS müxbiri Pablo Motosun "Real Madriddən təklif alsanız nə edərdiniz?" sualına isə Pike belə cavab verib: "Real"a getməkdənsə ölməyi üstün tuturam".

 

Səbuhi Həsənov

Mənbə: qaynarinfo.az