Burak Yılmazın formasını geyinəcəyi son klub bəlli olub

Burak Yılmazın formasını geyinəcəyi son klub bəlli olub

Türkiyə millisinin hücumçusu Burak Yılmaz formasını geyinəcəyi son klubu müəyyənləşdirib.

Day.Az APA-ya istinadən bildirir ki, "Lill"in forvardı Super Liqa təmsilçisinə keçmək niyyətindədir.

36 yaşlı qolçu karyerasını "Adana Dəmirspor"un heyətində bitirməyi planlaşdırır. Atası adanalı olduğundan, bu komandaya böyük simpatiya bəsləyən Burak "mavi-şimşəklər"in formasını geyinmək arzusundadır. "Lill" ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Burakın arzusunun gələn yay həyata keçməsi gözlənilir.

Qeyd edək ki, ötən mövsüm Fransa çempionu olan Burak Yılmaz cari mövsüm 18 oyunda 4 qol vurub, 4 məhsuldar ötürmə verib. O, karyerası ərzində "Beşiktaş", "Fənərbaxça", "Qalatasaray" və "Trabzonspor"un formasını geyinmiş tək-tük oyunçulardandır.

Mənbə: news.day.az