Mbappenin qardaşı Fransa millisində

Mbappenin qardaşı Fransa millisində

PSJ-nin hücumçusu Kilian Mbappenin qardaşı İtan Mbappe Fransa millisinə 16 yaşadək futbolçulardan ibarət yığmaya çağırılıb.

Qol.az "RMC Sport"a istinadən xəbər verir ki, 15 yaşlı oyunçu komandanın təlim-məşq toplanışında olacaq. O, yoldaşlıq görüşündə oynaya bilər.

Qeyd edək ki, İ.Mbappe PSJ ilə ilk peşəkar müqaviləsini bu ilin yayında imzalayıb. Müqavilə üç illikdir.

Mənbə: qol.az