"Milan"da ciddi itki

"Milan"da ciddi itki

"Milan"ın futbolçusu Simon Kyer zədələnib.

Qol.az "La Gazzetto dello Sport"a istinadən xəbər verir ki, onun zədə səbəbindən ən azı 4 oyun buraxacağı bildirilib. Beləliklə, danimarkalı müdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Liverpul"a qarşı həlledici görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, Kyer bu mövsüm “Milan”ın heyətində 14 oyun keçirib, qol vurmayıb.

Mənbə: qol.az