Spaletti cəzalandırıldı

Spaletti cəzalandırıldı

İtaliya Futbol Federasiyasının İntizam Komitəsi "Napoli"nin baş məşqçisi Luçano Spalettini iki oyunluq cəzalandırıb .

Qol.az "Football İtalia"ya istinadən xəbər verir ki, buna onun İtaliya çempionatının 15-ci turunun “Sassuolo” ilə oyununda (2:2) hakimlə mübahisə etdiyi üçün meydandan qovulması səbəb olub.Spalletti cəzaya görə A seriyasında "Atalanta" (4 dekabr) və "Empoli" (12 dekabr) ilə qarşılaşmalarda komandaya rəhbərlik edə bilməyəcək.

Qeyd edək ki, "Napoli" A seriyasında 36 xalla turnir cədvəlində 1-ci pillədə qərarlaşıb.

Mənbə: qol.az