“Bu, karyeramdakı ən böyük problemdir” - Konte

“Bu, karyeramdakı ən böyük problemdir” - Konte

“Tottenhem”in baş məşqçisi Antonio Konte komandasının hazırkı durumu barədə danışıb.

Qol.az xəbər verir ki, 52 yaşlı mütəxəssis “Sky Sports”a açıqlamasında London təmsilçisində problemlər olduğunu bildirib:

“İndi komanda orta səviyyədədir. Amma mən bundan qorxmuram. Açığı, bu, bütün karyeramdakı ən böyük problemdir. Lakin ruhyüksəkliyi ilə doluyam. Gələcəkdəki qələbələrimizə köklənmişəm. Azarkeşlərimizə sevinc bəxş etmək üçün oyunçuların fərdi keyfiyyətlərini təkmilləşdirməliyik”.

Qeyd edək ki, Konte noyabrın 2-si “Tottenhem” ilə 2023-cü ilin yayınadək müqavilə imzalayıb.

Mənbə: qol.az