Millimizin yeni baş məşqçisi: “Həmişə zəif komandaları gücləndirmişəm”

AFFA-nınİcraiyyə Komitəsinin iclasından sonra əsas komanda ilə yanaşı bəzi aşağı yaşqrupları üzrə yığmalarımızın da baş məşqçiləri təsdiq olundu. U-15 və U-16millilərimiz də Füzuli Məmmədova həvalə edildi. İlk dəfə yığmada çalışacaq veteran futbolçu təyinatı ilə bağlı düşüncələrini bölüşüb.

Məmmədov Qaynarinfo-ya açıqlamasında necə, haradan başlayacağını bildirməklə yanaşı, uşaqfutbolundakı çatışmazlıqlarla bağlı sualları da cavablandırıb.

"Millidəçalışmaqla bağlı öncədən fikrimi öyrənmişdilər. Təbii ki, milli komandada hərbir məşqçi çalışmaq istəyər. Etimad göstərdiklərinə görə sevindim və təklifisevərək qəbul etdim”.

Yığmanınbaş məşqçisi kimi ilk dəfə çalışacaq sabiq müdafiəçi uşaq futbolunda çalışmağınonun üçün yad olmadığını dedi:

"Sonvaxtlar böyük komandalarda çalışmışam. Onlara qədər aşağı yaş qruplarında da fəaliyytgöstərmişəm. "Rəvan”ın U-15 komandasından başlamışam. Çempionluğu qazanıb komandanıÇempionlar Liqasına çıxarmışam. Sonuncu dəfə "Səbail”in aşağı yaş qruplarında çalışmışam.Həmin komanda ilə ikinci pilləni tutdum. Hansı ki, "Səbail”in ilk illəri idi. Yəniuşaq futbolu mənə yad deyil. Bu yaş qruplarındakıların psixologiyasını bilirəm.Yaxşı uşaqları seçib üzə çıxarmağı bacarıram. Ona görə də mənim üçün çətin işdeyil. Yığmada ilk işimdir. Əlbəttə, komanda yığmaq hər zaman çətindir. Hər adambunu bacarmır. Mən "Rəvan”da iki medal qazanmışam, "Səbail”də ikinci, "Zirə” iləüçüncü pilləni tutmuşam. Bir qədər yekəxanalıq kimi çıxır, amma mən həmişə zəifkomandaları gücləndirmişəm. "Qaradağ Lökbatan”da çalışırdım, keçən il komanda9-cu pillədə gedirdi. Bu il isə birinci yerdədir. Demək istəyirəm ki, həmişə zəifkomandaları götürüb, harasa çatdırmışam. Özümə də inanıram. Bu yaş elədir ki, uşaqlarçox da seçilmir. Ancaq həmişə potensiallı uşaqlar olub. Onları üzə çıxarmağaçalışacam”.

 

Maraqlıdır,Məmmədov öncə hansı dəyişiklikləri etməyi, nədən başlamağı düşünür?

"Təyinatımyeni olub. Əlbəttə, mənim də planlarım var. Azərbaycanda nə qədər potensiallıuşaq varsa, hamısını bir-bir izləyəcəyəm. Ən bacarıqlılarını, gələcəyi olanlarıüzə çıxarmağa çalışacağam. Hazırda uşaq futbolundakı problemlərdən danışmaq istəmirəm,onsuz da çoxdur. Klublarda uşaqların inkişafı üçün məşqlərlə bağlı çox problemlərvar. Gənc məşqçilərə tövsiyələr verəcəyəm, onların məşqlərini də izləyəcəyəm. Nəlazımdırsa edəcəyəm ki, həmin yaş qrupunda olan uşaqlara diqqət ayırım vəonları daha yaxşı tanıyım”.

Millimizinsabiq üzvü klublarımızın aşağı yaş qrupları üzrə komandalarının durumunu daqiymətləndirdi:

"Uşaqakademiyalarına yaxşı baxan komandalar var. Məsələn, "Neftçi”də son zamanlar məhzaşağı yaş qrupları üzrə komandalara baxmağa çalışırlar. Baza yaratdılar, bütünkomandalar birlikdə çalışır. Bu çox yaxşıdır. Çünki bütün məşqçilər bir-birilərinigörürlər. Məşqlər izlənilir, yoxlanılır. "Sabah”da azyaşlı uşaqlara çox diqqətvar. "Sumqayıt”da yaxşı uşaqlar oynayır. Ümumiyyətlə Sumqayıtda həmişəpotensiallı futbolçular olub. "Qəbələ”ni heç vaxt unutmaq olmaz. Elə ənpotensiallı uşaqlar məhz bu klubdan çıxıb. Hazırda "Qəbələ”də maliyyə durumuyaxşı olmasa da, uşaqlara kifayət qədər diqqət ayrılır. O gün oxudum ki,Gürcüstana beynəlxalq turnirə gedəcəklər. "Qarabağ”da işləyən yaxşı məşqçilərvar. Çalışacağam ki, yaxşı uşaqlar seçim”.

Köməkçilərininmüəyyənləşib-müəyyənləşmədiyi haqda sualı Məmmədov belə cavablandırdı:

"İnanıntəyinatım yeni olub deyə, hələ bu haqda düşünməmişəm. Baxmayaraq ki, əvvəlcədənmənə deyilmişdi. Əlbəttə, köməkçilərimi özüm seçəcəyəm. Ancaq əvvəlcə məşqçilərlədanışmalıyam, onlar razılıq verməlidirlər. Əlbəttə, beynimdə adlar var. Ammarazılıqları olmadan heç kimin adını çəkə bilmərəm”.

O,aşağı yaş qrupundan ibarət yığmalarımızın durumu ilə bağlı bunları söylədi:

"Millilərdəilk dəfədi çalışıram. Komandaların içində olmadığım üçün bütün diqqətimi PROkateqoriyası almağa və öz məşqlərimə yönəltmişdim. Məlumatım olmadığı üçün hərhansı fikir söyləmək istəmirəm. Öz işimə gəlincə, bütün bacarıqlarımı, biliyimiəsirgəməyəcəyəm. Harda işləmişəmsə bu belə olub. Hər şeyin maksimunu etməyəçalışacağam. Alına və ya alınmaya bilər. Amma alınması üçün çalışacağam”.

Səbuhi Həsənov

Qaynarinfo.az

ƏVVƏLKİ XƏBƏR

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

SONRAKI XƏBƏR

Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib