Çingiz Hüseynzadə: "Olimpiya komplekslərinin fəaliyyətində dəyişiklik gözlənilir"

Çingiz Hüseynzadə: "Olimpiya komplekslərinin fəaliyyətində dəyişiklik gözlənilir"

"Olimpiya kompleksləri işləməlidir. Amma onlarda da problemlər var".

"Report"un məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Olimpiya Komplekslərinin fəaliyyəti barədə danışarkən deyib.

Funksioner bildirib ki, bu idman obyektləri MOK-un balansında deyil: "Komplekslərə rəhbərliyi başqa qurumlar həyata keçirir. Onların fəaliyyətində də müəyyən dəyişikliklər gözləmək olar".

Mənbə: report.az