"Qarabağ"ın sabiq futbolçusu Polşa klubundan ayrılıb

"Qarabağ"ın sabiq futbolçusu Dani Kintana bu ilin iyunundan çıxış etdiyi Polşa "Yagelloniya"sı ilə yollarını ayırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Belostok təmsilçisi ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.

34 yaşlı orta xətt oyunçusu uzunmüddətli zədələrə görə bu addımı atıb. O, cari mövsümdə cəmi 94 dəqiqə meydanda olub.

Qeyd edək ki, Dani Kintana 2015 - 2020-ci illərdə "Qarabağ"ın formasını geyinib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Lavrov: “Minsk qrupu Rusiyanın vasitəçiliyini alqışlayır”

SONRAKI XƏBƏR

Koronavirusa qarşı tam peyvənd olunan şəxs Omikron ştammına yoluxdu