Zlatan İbrahimoviç uşaqlığı haqqında: “Mənə nifrət edirdilər”

Zlatan İbrahimoviç uşaqlığı haqqında: “Mənə nifrət edirdilər”

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç uşaqlıqda üzləşdiyi çətinliklərdən danışıb.

“Mən həmişə əziyyət çəkən uşaq olmuşam. Təzəcə doğulanda tibb bacısı məni bir metr hündürlükdən yerə atıb. Mən ömrüm boyu əziyyət çəkmişəm.

Məktəbdə mən fərqli idim: hamı mavı, yaxud yaşıl gözlü və nazik burunlu sarışın idi. Mən isə qarayanız və iri burunlu idim. Mən onların danışdığı kimi danışmırdım, onlar kimi hərəkət etmirdim.

Sinif yoldaşlarımın valideynləri məni komandadan qovmağı xahiş etdilər. Mənə nifrət edirdilər. Əvvəlcə buna pis reaksiya verdim”, - deyə futbolçu bildirib.

Qeyd edək ki, Z.İbrahimoviç İsveçin Malmö şəhərində Balkan mühacirləri ailəsində böyüyüb.

Mənbə: Sports.ru

Mənbə: www.oxu.az