Milli Olimpiya Komitəsində karateçilərimizlə görüş keçirilib - FOTO

Milli Olimpiya Komitəsində karateçilərimizlə görüş keçirilib - FOTO

Bu gün Milli Olimpiya Komitəsində dünya çempionatında uğurla çıxış etmiş karateçilərimizlə görüş keçirilib.

Bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, Dubayda baş tutan karate üzrə çempionata həsr olunmuş bu görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Əliyev və komandanın üzvləri iştirak ediblər.

Çingiz Hüseynzadə Azərbaycan karateçilərinin “Tokio-2020” Yay Olimpiya Oyunlarından sonra dünya çempionatında da uğurla çıxış etdiklərini və qazandıqları nəticələrin sevindirici olduğunu vurğulayıb, federasiyanın fəaliyyətinə və Azərbaycan karateçilərinə uğurlar arzulayıb.

 

Mənbə: www.oxu.az