"Azerreyl"in prezidenti istefa verib

Fərid Xəlilov "Azerreyl" voleybol klubunun prezidenti vəzifəsindən istefa verib.

Bu barədə "Report"a funksionerin özü məlumat verib. O, səbəb kimi yeni təyinatının olacağını göstərib.

F.Xəlilovun Azərbaycan Voleybol Federasiyasında işə başlayacağı gözlənilir.

Qeyd edək ki, F.Xəlilov 2019-cu ilin mayından "Azerreyl"ə rəhbərlik edirdi.

Report.az

ƏVVƏLKİ XƏBƏR

"Qalatasaray"ın futbolçusu koronavirusa yoluxub

SONRAKI XƏBƏR

Fransada ninja paltarlı şəxs polislərə hücum etdi - Yaralılar var