PSJ-nin baş məşqçisi Maurisio Poçettino hücumçu Lionel Messinin zəif çıxışından danışıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, o, argentinalı hücumçuilə bağlı deyib:
“Leo həmişə qol vuran futbolçudur. Bu, zaman və səmərəlilik məsələsidir. Onun hər oyunda şansları çoxdur. Top gec-tez qapıya dəyməyə başlayacaq və Messinin bizə böyük faydası olacaq. O, artıq buna başlayır.
Qeyd edək ki, Messi bu mövsüm Fransa çempionatında 8 oyunda cəmi 1 qol vurub.
Mənbə: qol.az