Gənc ulduz Niderlandı yox, Türkiyə millisini seçdi

Gənc ulduz Niderlandı yox, Türkiyə millisini seçdi

“Fənərbağça”nın gənc ulduzu Fərdi Kadıoğlu milli komanda ilə bağlı seçim edib.

22 yaşlı futbolçunun sözügedən qərarı vermək üçün daha əvvəl mart ayını gözlədiyini bildirsə də, artıq qərar verib və bu qərarını yaxın ətrafı ilə paylaşıb.

Kanada, Niderland və Türkiyə millisində oynamaq hüququna sahib futbolçu seçimini Türkiyənin xeyrinə edib. Yaxın vaxtlarda qərarın açıqlanacağı bildirilir.

 

Mənbə: www.oxu.az