Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək

Bu gün Premyer Liqada XIII tura start veriləcək.

Turun ilk günündə iki matç baş tutacaq.

Öncə çempionatın autsayderləri üz-üzə gələcək. “Keşlə” və “Səbail” arasında paytaxt derbisində qalib gələcək komanda 6-cı pilləyədək irəliləmək imkanına malikdir. Meydan sahibləri 2, qonaqlar 4 matçlıq məğlubiyyət seriyasını qırmaq üçün meydana çıxacaq.

Günə liderin görüşü ilə yekun vurulacaq. “Qarabağ” “Sabah”ı qəbul edəcək. Ağdam təmsilçisi bu qarşılaşmada qalib gəlsə, qış çempionu olacaq. 4 turdur uduzmayan Qurban Qurbanovun yetirmələri digər nəticələrlə də buna nail ola bilər. Lakin bunun üçün turun ikinci gününün nəticələrini gözləməlidir. “Sabah” isə məğlubiyyətsiz oyunlar seriyasını 6-ya çatdırmaq və liderlərlə fərqi azaltmağa can atacaq.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Mənbə: www.realtv.az