Millimizin üzvünün komandası uduzdu

Millimizin üzvünün komandası uduzdu

Millimizin futbolçusu Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) Polşa çempionatında 17-ci tur oyununa çıxıb.

Qol.az xəbər verir ki, Varşava təmsilçisi səfərdə "Stal"la qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Stal" - "Visla" (Plotsk) - 2:1
Qollar: Romaşieviç, 22-pen (1:0), Mak, 45+2 (2:0), Kolar, 90 (2:1)

A.Krivotsyuk sözügedən görüşdə start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb. O, 43-cü dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, "Visla" hazırda turnir cədvəlində 18 komanda arasında 3 xalla 17-cidir.

Mənbə: qol.az