UEFA prezidenti ən yaxşı futbolçunu açıqlayıb

UEFA-nın prezidenti Aleksander Çeferin dünyanın ən yaxşı futbolçusunu açıqlayıb.

"Unikal" xəbər verir ki, sloveniyalı funksioner həm əvvəlki dövrün, həm də indinin ən yaxşısı barədə fikirlərini bölüşüb.

Qurum başçısı Fransa Futbol Federasiyasının qonağı olduğu vaxt yalnız bu ölkə təmsilçilərini tərifləyib: O, Lionel Messi və Kriştiano Ronaldonun adını çəkməyib: “Mənim üçün Mişel Platini öz dövrünün ən yaxşısı və ya dünyanın ən yaxşılarından biri olub. Sonralar Zinədddin Zidan də əla oyunçu olub. Mənim fikrimcə, yəqin ki, Kilian Mbappe bugünkü gündə dünyanın ən yaxşı oyunçusudur”.

Qeyd edək ki, Mbappe “Qızıl top” mükafatı uğrunda səsvermədə yalnız 9-cu olub.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

İsrailin müdafiə naziri: “İranı vurmaq məcburiyyətindəyik“

SONRAKI XƏBƏR

Qarabağ qazisindən Bursada duyğulandıran görüntü - VİDEO