Oyunda huşunu itirən "Barselona"nın futbolçusunun durumuna aydınlıq gəlib

Oyunda huşunu itirən "Barselona"nın futbolçusunun durumuna aydınlıq gəlib

İspaniya La Liqasının XVII turunda "Betis"lə oyunda zədələnən "Barselona"nın futbolçusu Qavinin durumuna aydınlıq gəlib.

"Report" "Marca"ya istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçinin beyin silkələnməsi ehtimalı barədə məlumat təsdiqini tapmayıb.

Qavi 0:1 hesabı ilə uduzduqları qarşılaşmanın ilk hissəsində xəsarət alıb. İspaniyalı oyunçu 36-cı dəqiqədə əvəzlənib. Yarımmüdafiəçi epizodların birində rəqib oyunçu Hektor Bellerinlə toqquşub. O, ilk olaraq matça davam etsə də, bir neçə dəqiqə sonra huşunu itirərək yerə yıxılıb. Xəstəxanaya aparılan futbolçuda ciddi problem aşkarlanmayıb.

Mənbə: report.az