Mendiyə yeni müqavilə

“Çelsi” qapıçısı Eduar Mendi ilə yeni müqavilə imzalamaq niyyətindədir.

Qol.az xəbər verir ki, Bu barədə Britaniya mətbuatı məlumat yayıb. İngiltərə klubu 29 yaşlı qolkiperə daha yaxşı şərtlərlə sözləşmə təklif etməyə hazırlaşır. Hazırkı müqaviləyə əsasən, seneqallı oyunçu həftədə 60 min funt sterlinq qazanır. Bu sözləşmə 2025-ci ilin yayında başa çatacaq. Yeni anlaşmanın şərtləri ona daha çox qazanmaq imkanı verəcək.

Qeyd edək ki, Mendi bu mövsümün 19 matçda 8 top buraxıb.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

“Qaraheybət” şəhidi Elmir Həsənovun atası: “Oğlum 7 medalla təltif edilmişdi”

SONRAKI XƏBƏR

Vüsalə görünüşü ilə GÖZ QAMAŞDIRDI - FOTO