"Qalatasaray"ın sabiq futbolçusu Braziliya klubundan ayrılıb

"Qalatasaray"ın sabiq futbolçusu Braziliya klubundan ayrılıb

Braziliyanın "Palmeyras" klubu futbolçusu Felipe Melo ilə yollarını ayırıb.

"Report" Sao Paulo təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçinin yanvarın 1-də başa çatacaq müqaviləsi yenilənməyəcək.

Qeyd edək ki, 2011 - 2015-ci ildə Türkiyənin "Qalatasaray" klubunda 3 dəfə ölkə çempionu olmuş Felipe Melo 2016-cı ildən "Palmeyras"ın formasını geyinir. 2018-ci ildə Braziliya A Seriyasının qalibi olan təcrübəli oyunçu 2020 və 2021-ci illərdə Libertadores Kubokunu qazanıb.

Mənbə: report.az