Formula 1 Səudiyyə Ərəbistanı Qran-Prisinin ikinci təsnifat yürüşü Maks Verstappen üçün uğursuz başlayıb

Formula 1 Səudiyyə Ərəbistanı Qran-Prisinin ikinci təsnifat yürüşü Maks Verstappen üçün uğursuz başlayıb

Ciddə şəhərində keçirilən Formula 1 Səudiyyə Ərəbistanı Qran-Prisinin ikinci təsnifat yürüşü “Red Bull Racing” komandasının pilotu Maks Verstappen üçün uğursuz başlayıb. Onun yüksək sürətlə idarə etdiyi bolid trasın ətrafındakı divara çırpılaraq aşıb. Bu qəza hollandiyalı pilotun Formula 1 yarışlarında ilk çempionluğa gedən yolda şanslarını azaldıb. Onun əsas rəqibi Luis Hamilton finişə birinci çatıb və mövqeyini gücləndirib.

AZƏRTAC xəbər verir ki, M.Verstappenin uğursuz startı “Mercedes” komandasının pilotları Valtteri Bottas və Luis Hamiltonun qələbə şanslarını daha da artırıb. Hollandiyalı pilot qəza ilə bağlı məyusluğunu bu cür ifadə edib: “Yürüş zamanı Hamiltondan irəlidə idim və əsas mərhələyə birinci başlamaq üçün son döngədə sürəti artırdım. Bu vaxt əyləcə basmağı unutdum”.

Qəzaya baxmayaraq, hazırda M.Verstappen Formula 1 çempionluğu üzrə ümumi nəticələrə görə Hamiltonu 8 xal qabaqlayır. Poul şansını itirən pilot bu gün keçiriləcək yürüşdə təsnifat mərhələsindəki uğursuzluğun əvəzini çıxacağına ümid edir.

Oqtay Bayramov

Mənbə: azertag.az