Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi beynəlxalq oyuna təyinat alıb

Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyası (AFV) Regional İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərilib.

AZƏRTAC AVF-yə istinadla xəbər verir ki, N.İsmayılova dekabrın 8-də Serbiyanın paytaxtı Belqradda qadınlar arasında keçiriləcək Çempionlar Liqasının E qrupu çərçivəsində yerli “ZOK UB” və “Çemik” (Polşa) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, görüşün hakimləri rusiyalı Makşanov Evgeny və bolqarıstanlı Yovçev Konstantin olacaqlar.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistanda seçkilərdə ciddi qanun pozuntuları qeydə alınıb

SONRAKI XƏBƏR

"Barselona"nın futbolçusu "Bavariya" ilə oyunu buraxacaq