"Borussiya" darmadağınla uduzdu

Almaniya Bundesliqasında 14-cü tura yekun vurulub.

Qol.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib. Dörd qolun qeydə alındığı “Ştutqart” – “Herta” matçında qalib müəyyənləşməyib.

Turun qapanış matçında Mönhenqladbax “Borussiya”sı doğma meydanda “Frayburq”la qarşılaşıb. Qonaqlar bu oyunda 6 cavabsız qola seviniblər.

Almaniya Bundesliqası

14-cü tur

5 dekabr

"Ştutqart" – "Herta" 2:2

Qollar: Marmuş, 15. Forster, 19 – Yovetiç, 40; 76.

"Borussiya" (Mönhenqladbax) – "Frayburq" - 0:6

Qollar: Eggeştayn, 2. Şade, 5. Linhart, 12. Hofler, 19. Holer, 25. Şlotterbek, 37.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Fransa prezidentliyinə namizəd zorakılığa məruz qaldı

SONRAKI XƏBƏR

"Fənərbaxça" 4 qolla qalib gəldi