Messinin 30 milyon avroluq oteli sökülür

Messinin 30 milyon avroluq oteli sökülür

İspaniyanın Barselona şəhərinin rəhbərliyi Fransanın PSJ klubunun futbolçusu Lionel Messinin otelinin sökülməsinə dair qərar qəbul edib.

"Report"un "El Confidencial" nəşrinə istinadən məlumatına görə, 77 otaqlı binanın sökülməsinə onun şəhər standartlarına uyğun olmaması səbəb göstərilib. Tikili "Barselona" klubuna məxsus "Kamp Nou" stadionu yaxınlığındadır.

Argentinalı hücumçunun İbitsa və Mayorkada da otelləri var. Onlar "Majestic Hotel Group" şəbəkəsinə daxildir. 34 yaşlı oyunçu Barselonadakı iqamətgahı 2017-ci ildə 30 milyon avroya alıb. "Barselona"nın keçmiş forvardı həmin binanı aldığı vaxt bilməyib ki, tikinti normalarına əməl edilmədən inşa olunduğu üçün şəhər rəhbərliyi onu sökmək istəyir.

Qeyd edək ki, Lionel Messi noyabrın 29-da karyerasında 7-ci dəfə "France Football" nəşrinin "Qızıl top" mükafatına layiq görülüb.

Mənbə: report.az