"Bavariya" futbolçuları Manuel Noyer və Sven Ulreyx ilə yeni müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hər iki qolkiperin sözləşməsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Bu mövsüm Münhen klubunun kapitanı Noyer artıq "Bavariya"nın heyətində bütün turnirlərdə 6 matçda iştirak edib, 5 qol buraxıb.
Ulreyx isə bu mövsüm bütün yarışlarda 12 oyuna çıxıb. O, rəqiblərinə 15 dəfə qol vurmağa imkan verib.
Mənbə: bizim.media