Messi o anları xatırladı: Səudiyyə Ərəbistanı bizi yıxdı

Messi o anları xatırladı: Səudiyyə Ərəbistanı bizi yıxdı

Argentina millisinin hücumçusu Lionel Messi 2022-ci il Dünya Kubokunu qazanmasından danışıb.

Superulduz birinci turda Səudiyyə Ərəbistanı ilə oyunda aldıqları məğlubiyyəti də xatırlayıb:

“Qətərə gəldiyimiz andan biz çempionluğa iddialı olduğumuzu bilirdik. Bu haqda ictimaiyyətə danışmaq istəmirdik, amma komanda daxilində buna inanırdıq. Səudiyyə Ərəbistanıyla oyundakı məğlubiyyəti bizi yıxdı. Çempionatın keçirilmə üsuluna görə istənilən rəqib çətin idi.

Niderland, Braziliya və ya başqa yüksək səviyyəli komanda olanda, əlbəttə ki, problemlər daha çox olur. Amma Avstraliya da yaxşı rəqib idi. Ümumi olaraq Argentina həmişə favorit olub”.

Qeyd edək ki, Argentina finalda Fransa millisini penaltilər seriyasında (3:3, pen-4:2) məğlub edərək DÇ-2022-nin qalibi olub.

Heybət

Mənbə: publika.az