“Fənərbaxça” onların stadiona girişinə qadağa qoydu - VİDEO

“Fənərbaxça” onların stadiona girişinə qadağa qoydu -

Türkiyənin “Fənərbaxça” klubu “A Haber” və “A Spor”un stadiona girişinə qadağa qoyub. 

Bu haqda klub açıqlama yayıb.

“A Spor” telekanalında şərh vermək adı altında şəxsi reklamını etməyə cəhd edən şəxs haqqında açıqlama vermək məcburiyyəti yaranıb. Ozan Zeybek adlı şəxs bu gün ekranda göstərdiyi rəftarla həddini aşıb. Şəxsi rəy çərçivəsində dəyərləndirə bilmədiyimiz və hüdudlarını tamamilə aşmış bu münasibətdən çıxış edərək cəmiyyətə bildirmək istərdik ki, eyni ekranlarda üzr istəməyincə, bu gündən etibarən aidiyyatı qurumun heç bir məsul şəxsini heç bir obyektimizə qəbul etməyəcəyik”, - açıqlamada qeyd olunub.

Qeyd edək ki, “A Spor” kanalında şərhçi olaraq “Fənərbaxça” və İsmayıl Kartalın gedişatını şərh edən Zeybek İsmayıl Kartal və “Fənərbaxça” rəhbərliyini həm tənqid edib, həm də ələ salıb. Zeybekin şərhləri “Fənərbaxça” tərəfindən sərt qarşılanıb.

Mənbə: qafqazinfo.az