UEFA-dan Rusiya millisi ilə bağlı yeni QƏRAR

UEFA-dan Rusiya millisi ilə bağlı yeni QƏRAR

UEFA Millətlər Liqasının 2024/2025 mövsümü üçün iştirakçıların siyahısına Rusiya millisini daxil etməyib. 
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

FİFA və UEFA 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hərbi təzavüzündən sonra bu ölkənin klublarının və milli komandalarının beynəlxalq turnirlərdə iştirakını dayandırıb. Rusiya millisi son Millətlər Liqasında da çıxış etməyib və bu səbəbdən B divizionundan C divizionuna düşüb.
Rusiya millisi 2023-cü ildə 8 yoxlama oyunu keçirib. 

 

Mənbə: bizim.media