Vüsal İsgəndərli Albaniyada növbəti qolunu vurdu - VİDEO

Vüsal İsgəndərli Albaniyada növbəti qolunu vurdu -

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatia” Albaniya çempionatında növbəti oyunu keçirib. 

Onlar XV tur çərçivəsində “Vlazniya”nı qəbul ediblər. 

İsgəndərli 74 dəqiqə meydanda olub və 41-ci dəqiqədə komandasının 3-cü qolunu vurub. Görüş elə 3:0 hesabı ilə bitib. Bu, Vüsalın Albaniya çempionatında vurduğu 5-ci qol olub. 

Qeyd edək ki, “Eqnatia” 15 oyundan sonra 33 xalla turnir cədvəlinə başçılıq edir.
 

Mənbə: bizim.media